Bakıda 540 qram çəki ilə körpə DOĞULDU - belə xilas olundu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamiləliyin 23-cü həftəsində yalnız 540 qram bədən çəkisi ilə dünyaya gələn körpənin həyatı intensiv tibbi müdaxilə sayəsində qorunub saxlanılıb.
Milli.Az xəbər verir ki, özəl xəstəxanada çox erkən doğulan körpə, kliniki vəziyyətinin ağır olması səbəbindən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb.
Yenidoğulmuşların reanimasiyası şöbəsində aparılan müayinələr nəticəsində körpədə kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları müəyyən olunub.
Doğuş zamanı əkiz tayını itirən və dünyaya gələndən bəri süni tənəffüs aparatına qoşulan Nur uzunmüddətli intensiv müalicə və peşəkar həkim nəzarəti sayəsində həyatda qalıb. Bir neçə aylıq çətin mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib, həyati göstəriciləri normallaşıb.
Artıq çəkisi 2 kiloqrama çatmış körpənin həyatı təhlükəsizdir və vəziyyəti qənaətbəxş hesab edildiyi üçün evə buraxılıb. Hazırda ambulator nəzarət altında olan Nurun hekayəsi göstərir ki, müasir tibb və ixtisaslı həkim heyətinin fədakarlığı ən mürəkkəb hallarda belə həyat xilas edə bilər.
Bu hadisə, həmçinin, vaxtından əvvəl doğulan körpələr üçün ümid və gələcəyə inam nümunəsi kimi qiymətləndirilir. Qeyd edək ki, Nur 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi
-
Dövlət torpaq icarə haqqı necə hesablanacaq? - Yeni qaydalar
-
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
XƏBƏR LENTİ
-
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı





