Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. Yəni Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.
Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:
"Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".
Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:
"Pensiyaçının hər hansı sənəd hazırlamasına, hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur".
Milli.Az





