Cəmiyyət

Paytaxtda duru yağ bahalaşdı, keyfiyyət azaldı - SƏBƏB

10 Fevral 2026 13:28
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda duru yağın qiymətində kəskin bahalaşma olub. Vətəndaşları narahat edən isə qiymət artımı deyil. Alıcıların sözlərinə görə, qiymət artsa da keyfiyyət azalıb. 

Bəs buna səbəb nədir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, duru yağın bahalaşmasının əsas səbəbi ölkənin idxaldan asılı olmasıdır:

"Azərbaycanda duru yağ istehsalı yox səviyyəsindədir. Ölkəmizdə nə böyük qarğıdalı sahələri var, nə də günəbaxan sahələri var ki onlardan duru yağ istehsal olunsun. Yerli brendlər də duru yağı xaricdən idxal edirlər. Daha sonra öz brendləri altında qablaşdıraraq bazara təqdim edirlər. 

Duru yağın dünyada bahalaşması birbaşa olaraq bizim bazara da təsir edir. Bundan əlavə olaraq bahalaşmanın digər səbəbi daşıma xərclərinin artmasıdır. Dizel yanacağının qiyməti 2 dəfə artıb, bu da məhsul daşımasında enerji xərclərinin artmasına təsir edir". 

Ekspert qeyd edib ki, yaxın aylarda bahalaşma gözlənilməsə də, amma qiymətlərin hansı istiqamətdə dəyişəcəyi sual altındadır. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.