Rəsmi gəliri olmayan şəxslərə banklar niyə kredit vermir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bankların rəsmi gəliri olmayan şəxslərə kredit verməməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bir çox vətəndaş qeyri-rəsmi gəliri olsa da, banklardan kredit ala bilmədiyini bildirir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, bankların rəsmi gəliri olmayan şəxslərə kredit ayırmamasının əsas səbəbi risk və qanunvericilik tələbləridir. Onun sözlərinə görə, banklar Mərkəzi Bank tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır və verdikləri hər kredit üzrə hüquqi və maliyyə əsaslandırma aparmaq məcburiyyətindədirlər:
"Rəsmi gəlir bank üçün borcalanın krediti uzunmüddətli dövrdə ödəyə biləcəyinin əsas sübutudur. Gəlir rəsmi deyilsə, onun davamlı və stabil olacağı bank tərəfindən sübut edilə bilmir".
İqtisadçı qeyd edib ki, qeyri-rəsmi gəlir faktiki mövcud olsa belə, bank üçün hüquqi dəyərə malik deyil. Çünki bu gəlir sənədlə təsdiqlənmir, vergi uçotunda görünmür və istənilən vaxt kəsilə bilər. Nəzərə çatdırıb ki, banklar şəxsi bəyanata deyil, yalnız sənədləşdirilmiş maliyyə məlumatlarına əsaslanır:
"Kreditlər adətən bir neçə illik öhdəlikdir. Bank bu müddət ərzində borcalanın maliyyə vəziyyətinin stabil qalacağına əmin olmalıdır".
A.Nəsirli əlavə edib ki, bəzi hallarda banklar rəsmi gəlir tələbini dolayı yolla arxa plana keçirə bilərlər. Belə ki, rəsmi gəliri olan zaminin mövcudluğu, likvid girovun təqdim edilməsi, depozit qarşılığında kredit və ya birgə borcalanın rəsmi gəlirli olması kredit ayrılmasına imkan yarada bilər:
"Əslində bank üçün əsas məsələ rəsmi gəlirin özü yox, riskin təminatla kompensasiya olunmasıdır".
İqtisadçı bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, BOKT-ların rəsmi gəlirə ciddi yanaşmamasının səbəbi onların bank statusuna malik olmamasıdır:
"BOKT-lar daha zəif tənzimlənir, adətən kiçik məbləğli və qısa müddətli kreditlər verir, riski isə yüksək faizlə kompensasiya edirlər. Bu səbəbdən qeyri-rəsmi gəliri olan şəxslər üçün daha əlçatan görünürlər. Amma nəticədə kreditin ümumi dəyəri xeyli baha başa gəlir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi
-
Dövlət torpaq icarə haqqı necə hesablanacaq? - Yeni qaydalar
-
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
XƏBƏR LENTİ
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb





