Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, Cəlilabad rayonunda Dövlət Sərhəd xidmətinin Göytəpə sərhəd dəstəsində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli bayram mərasimi keçirildi. Gənc əsgərlər hərbi andı qəbul edərək Vətən sərhədlərini göz bəbəkləri kimi qoruyacaqlarına sədaqət andı içiblər.
Hərbi andiçmə tədbiri hərbi hissə komandiri, polkovnik-leytenant Zəki Cəlilovun, şəxsi heyət üzrə baş idarənin rəisi general-mayor Məhəmməd Abbasquliyevə məruzə etməsi ilə başladı. General-mayor şəxsi heyəti salamladıqdan sonra hərbi hissə komandiri Cəlilov gənc əsgərlərin "Hərbi And"a gətirilməsi komandasını verib. "Hərbi And"a gətirilən
əsgərlər Hərbi andı qəbul edərək Vətənə sədaqət andı içiblər. Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan edilib.
Hərbi anddan sonra Hərbi Hissə komandiri müddətli həqiqi hərbi xidmətə çağrılan gənc əsgərləri Hərbi Andı qəbul etmələri münasibətilə DSX komandanı Elçin Quliyevin və öz adından təbrik etdi. Bildirib ki, Hərbi Andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Hərbi And hər bir hərbi qulluqçunu mübariz, mətin, cəsur və qorxmaz olmağa çağırır. Həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Respublikamızın mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa hazır olur. Hələ ay yarım öncə hərbi forma geyinən və hərbi xidmət haqqında çox az anlayışa malik əsgərlər artıq bu gündən hazırlıqlı Vətən müdafiəçiləri kimi fəxrlə, qürurla əldə silah sərhədlərimizin keşiyində xidmətə tam hazırdırlar.
Komandir əmin etdi ki, bu gün Vətənə sədaqət andı içən hər bir əsgər öz andına sadiq qalacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında qoyduğu vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək, xalqımızın azad firəvan yaşaması üçün əlindən gələni edəcək, hərbi andına həmişə sadiq qalacaq və müstəqil dövlət quruculuğu prosesinə öz layiqli töhvələrini verəcək, bunu üçün canını belə əsirgəməyəcəkdir. Komandir inamla qeyd etdi ki, bu gün burada öz Vətəninə və xalqına sədaqət andı içən hər bir əsgər Sərhəd Qoşunlarının bundan sonrakı inkişafına öz layiqli töhvəsini verəcək.
Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. Hərbi Andiçmə başa çatdıqdan sonra valideyinlərin müraciətləri dinlənilib və müvafiq tədbirlər görülüb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cəlilabad rayonu Göytəpə sərhəd dəstəsində hərbi andiçmə keçirildi - FOTO
6 Avqust 2012 16:07
0 Şərh
Baxış: 18 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
XİN bəyanat yaydı
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
XƏBƏR LENTİ
-
Bu çanta trend oldu: Qiyməti isə hər kəsi heyrətləndirdi - FOTO
-
27 yaşlı kişinin meyiti tapıldı
-
Generalın müəmmalı ölümü: Gəmidə öldürülərək dənizə atıldı
-
Bu ölkədə yenidən güclü zəlzələ oldu
-
Müharibənin gizli məqsədi: İranı zəiflətmək, yoxsa sıradan çıxarmaq?
-
Tərtər işi üzrə daha bir qərar - Zərərçəkmiş hərbçiyə təzminat ödəniləcək
-
Ölən ABŞ hərbçilərinin sayı açıqlandı
-
Türkiyədə güclü zəlzələ oldu
-
Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA
-
3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər
-
Yağış Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ
-
Raket qəlpələri “Oracle”ın Dubaydakı binasına ziyan vurdu
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
Prezident İlham Əliyev: Çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik
-
XİN bəyanat yaydı
-
Azərbaycanda zəlzələ OLDU
-
Qapınızı əsla 3 dəfə kilidləməyin! Səbəbini kilid ustaları açıqladı
-
Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?














