Cəmiyyət

Ölkənin ilk Regional Televiziyasının üç əməkdaşı təltif edilib - FOTO

22 Dekabr 2025 16:00
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Kəpəz" Müstəqil Teleradio Şirkətinin 3 əməkdaşı - Baş direktorun 1-ci müavini Nofəl Dərgahov, Baş Direktorun Yaradıcılıq üzrə müavini Firuzə Əliyeva və redaktoru Natiq Hüseynov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Milli.Az xəbər verir ki, təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.

Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəpəz" Müstəqil Teleradio Şirkətinin baş direktorunun birinci müavini Nofəl Dərgahov "Tərəqqi" medalı ilə də təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.