Azərbaycanda marketlərdə alıcılara təqdim olunan polietilen torbaların 2023-cü il fevralın 15-dən etibarən pullu olması tətbiq edilib. Bu addımın əsas məqsədi plastik torba tullantılarının ətraf mühitə zərərini azaltmaq və onların istifadəsini minimuma endirməkdir.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, torbalar ödənişsiz olduğu dövrdə ölkədə 12 630 ton polietilen kisə və çanta istehsal olunurdu. 2024-cü ildə bu rəqəm 14 245 tona qədər artsa da, 2025-ci ildə 11 608 tona düşüb.
Son günlərdə həmin torbaların qiymətində artım qeydə alınır: kiçik ölçülü torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, iri ölçülülərin isə 5 qəpikdən 7 qəpiyə qaldırılıb.
Bu dəyişiklik 15-50 mikron qalınlığında olan torbalara şamil edilir. Qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı, idxalı və satış obyektlərində müştərilərə verilməsi isə tam qadağan olunub.
Asya
Milli.Az





