Cəmiyyət

Vüqar Qurbanov bu xəstəxanaya direktor təyin etdi

20 Sentyabr 2025 12:21
Baxış: 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"Report"un məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nuridə Rafiq qızı Məmmədova xəstəxananın direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N. Məmmədova bundan əvvəl Lənkəran Regional Perinatal Mərkəzinin direktoru vəzifəsində çalışıb. Bu ilin iyun ayından isə o, Lənkəran rayon mərkəzi xəstəxanasının direktorunun cərrahiyyə üzrə müavini vəzifəsini icra edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.