Türkiyə

Türkiyədə hazırlanan bu yemək Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

20 Sentyabr 2025 11:46
Baxış: 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Afyonqarahisar şəhərində 100 aşpaz 25 kvadratmetrlik nəhəng tavada 2 ton sucuqlu yumurta bişirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az xəbər verir ki, rekord üçün hazırlanan yeməkdə Afyonun coğrafi işarə ilə qorunan ləzzəti olan 1 ton sucuq və 15 min yumurta istifadə olunub. Yeməyin bişirilməsi prosesi təxminən 1 saat 15 dəqiqə çəkib. Bu nəhəng ləzzətin hazırlanmasında ümumilikdə 100 aşpaz iştirak edib.

Ginnes Dünya Rekordlarının Türkiyə hakimi ölçmələrdən sonra rekordun rəsmi olaraq qeydə alındığını açıqlayıb. Proses memar və qida mühəndisinin nəzarəti altında aparılıb.

Festivalın finalında isə ərazini dolduran ziyarətçilərə nəhəng sucuq yumurtası ikram olunaraq unudulmaz ləzzət ziyafəti yaşadılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.