Ölkə

Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - VİDEO

20 Sentyabr 2025 13:13
Baxış: 361
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xətai rayonunda yerləşən 10-dan çox fərdi yaşayış evi sökülüb.

Milli.Az xəbər verir ki, bu haqda ATV sujet hazırlayıb. Evlərin əksəriyyətini heç bir sənədinin olmadığı deyilir. Küçədə tikilmiş sənədsiz evlər xüsusi texnikalar vasitəsilə sökülüb.

Sakinlər deyir ki, söküntü barədə onlara heç bir məlumat verilməyib. Onların sözlərinə görə, 1 gün əvvəl evlərindən çıxarılıblar və mənzilləri yerlə-yeksan edilib. İcazə olmadığı halda evlərə qaz, işıq sayğaclarının necə qoyulması məsələsi isə vətəndaşlarda sual yaradıb.  

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, söküntü işləri həyata keçirilmədən əvvəl sakinlərə dəfələrlə xəbərdarlıq edilib, amma buna məhəl qoyulmayıb. Ötən gün isə hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunsuz tikilən gecəqonduların söküntü işlərinə başlanılıb. 

Qurumun şöbə müdiri Pənah İmanovun sözlərinə görə, söküntü işləri mühafizə zolaqlarına düşən qanunsuz tikililərə qarşı aparılan tədbirlər çərçivəsində həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.