Ölkə

Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

20 Sentyabr 2025 14:16
Baxış: 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şuşa şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 21-dək "Güllü bağ"ın ərazisində davam edəcək.

Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir. "KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaqla satış imkanlarını genişləndirmək, həmçinin ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

"KOB FEST"in açılışında çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satış yarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri və sahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunu vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər Şuşa və ətraf bölgələrdən olan sahibkarların istehsal etdiyi məhsulların, sənətkarların əl işlərinin tanıdılması baxımdan əhəmiyyətlidir.

Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.