Səfərbərlik Xidməti məlumat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2025-ci ilin ilk yarısında korrupsiya ilə mübarizə sahəsində görülən işlərə dair statistik hesabat yayıb.
Milli.Az xəbər verir ki, Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrası çərçivəsində Xidmət 2023-cü ilin mayından başlayaraq şəffaflığın artırılması və korrupsiyaya qarşı sistemli tədbirlər həyata keçirib. Bu müddətdə hüquqi baza yenilənib, nəzarət gücləndirilib və vətəndaş məmnunluğu istiqamətində addımlar atılıb.
Rəsmi məlumata görə, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin ilk yarısında isə 103 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Cari ildə 9 əməkdaş mənfi səbəblərlə işdən çıxarılıb və ya ehtiyata buraxılıb. Həmçinin, bu ilin 6 ayında 28 korrupsiya faktı üzrə toplanmış materiallarla bağlı 62 nəfər barədə qərar verilməsi üçün Baş Prokurorluğa müraciət olunub.
Tibbi şəhadətləndirmə sahəsində də yeni yanaşmalar tətbiq olunur. Prezidentin 06.09.2023 tarixli fərmanı əsasında 2024-cü il iyulun 1-dən etibarən hərbi xidmətə çağırılanların yekun tibbi yoxlanışı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesin elektronlaşdırılması korrupsiya risklərini azaldır və idarəetmədə şəffaflıq yaradır.
Eyni zamanda, xidmətlərin elektronlaşdırılması prosesi sürətlə davam edir. Artıq bir sıra hərbi arayışlar "MyGov" tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.
Səfərbərlik Xidməti bildirir ki, korrupsiya və qanunsuz hallarla qarşılaşan vətəndaşlar 9100 Çağrı mərkəzinə və ya [email protected] ünvanına müraciət edə bilərlər. Xidmət gələcəkdə də şəffaflıq və ictimai etimad prinsiplərinə əsaslanaraq korrupsiya ilə mübarizəni davam etdirəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi





