Azərbaycan Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib.
Milli.Az xəbər verir ki, struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib.
Yeni struktura əsasən, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb.
Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək.
İdarənin əsas funksiyalarının Azərbaycan Respublikasının iqlim siyasətinin beynəlxalq arenada təmsil olunması və əlaqədar diplomatik təşəbbüslərin əlaqələndirilməsi olacağı ehtimal edilir.
Milli.Az