Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon vasitəsilə mühüm danışıq aparıb.
Milli.Az xəbər verir ki, görüş zamanı Makron 2022-ci ildən İranda həbsdə saxlanılan iki fransız vətəndaşının azad edilməsini qəti şəkildə tələb edib.
O, bu məsələnin humanitar baxımdan önəmli olduğunu vurğulayaraq tərəflərdən tezliklə müsbət addımlar atılmasını istəyib.
Eyni zamanda, Makron bu telefon danışığını sosial media hesabında paylaşaraq, Fransa vətəndaşlarının müdafiəsinin onun prioriteti olduğunu bir daha bildirib. Danışıqlar iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyət kəsb edir.
Asya
Milli.Az