Tənqidlərə CAVAB VERDİ: "Həftədə 250 qram təmiz araq için"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Araq içməyin, içirsinizsə, həftədə 250 qram təmiz araq için!"
Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun araq reklamına çəkilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Rəşid Mahmudov çoxsaylı təniqdlərə hədəf olub. Böyük əksəriyyət onu insanları spirtli işçkidən istifadə etməyə çağırdığına görə qınayıb, bu hərəkətinin həkimliklə bir araya sığmadığını deyiblər.
Rəşid Mahmudov tənqidlərlə bağlı Modern.az-a açıqlama verib.
O, bu cür reklam rolikinə çəkilməkdə səhv hərəkət etmədiyini vurğulayıb.
"Hazırda satışda tərkibi zərərli spirtdən hazırlanan müxtəlif adda araqlar təklif olunur. Spirti kartofdan, vələmirdən, buğdadan, hətta neftdən də alırlar. Onun tərkibində çoxlu inqridiyentlər, sivuş yağları olur. Spirt insanın ən parenximatoz orqanları olan böyrəyə, qaraciyərə, mədəyə, sinir sisteminə, mədəaltı vəziyə mənfi təsir edir. Amma elə xəstəliklər var ki, onların müalicəsində spirtdən istifadə olunur. Məsələn vəba xəstəliyində 40 dərəcəli araq bütün virusları öldürür. Keçmişdə kim vəba olurdusa, dövlət ona pulsuz araq verirdi. Mən bu barədə danışıb demişəm ki, araq içməyin, içirsinizsə də yaxşısını için.
Azərbaycanın buraxdığı bir araq var, onun spirtini İsmayıllıda taxıldan alırlar. Ən yaxşı araq da taxıl arağıdır, onun tərkibində zəhərli maddələr az olur. Sivuş yağlarını spirtin tərkibindən təmizləmək üçün yüksək texnologiyadan istifadə edirlərsə, o, yaxşı araqdır.
Mən bu reklam rolikində deyirəm ki, araq içməyin, içirsinizsə də həftədə 250 qram təmiz araq için. Yararsız araq içib özünüzü xəstələndirirsiniz, ömrünüzü qısaldırsınız.
İndi bəziləri məni qaralayıb ki, "Rəşid müəllim arağı reklam edir, pul alır". Bu xalqın içərisində içməyənlərlə yanaşı, axı içənlər də var, həm də çoxdur. İndi biz bu şeyləri xalqa deməliyik, ya yox?! Bizim Qida Təhlükəsizliyi Agentliyimiz var. Qidamızın təhlükəsizliyini qorumalı olan o qurumdur.
"Çubuş" deyilən balaca şüşələrdə qablaşdırılan araqlar satılır. Mən deyirəm ki, içmə! İçirsənsə yaxşısını iç!
Yazırlar "Rəşid müəllimə pul verdilər, milyoner oldu". Araq da qidadır, onu qəbul edənlərə kimsə düz yol göstərməlidir, ya yox? Bu adamlar yazıqdırlar, axı içməyəndə dura bilmir. Onda ay Allah evini yıxsın, içirsən yaxşısını iç də! Mən də bunu deməyim, bəs kim desin?!", - R.Mahmudov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
XƏBƏR LENTİ
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





