Cəmiyyət

Gəncədə qadın paltarı geyinən kişi uşaqları oğurlayıb? - İDDİA - FOTO

8 Aprel 2025 14:30
Baxış: 2 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə qadın paltarı geyinib marketlərə girən şəxs vətəndaşlar tərəfindən tutulub. 

Milli.Az xəbər verir ki, həmin şəxsin məktəbdən, parkdan uşaqları oğurlayıb apardığı iddia olunur. 

Bu hadisə Gəncə şəhərində sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Şəhər sakinlərinin məlumatına görə, həmin şəxs qadın paltarı geyinərək özünü başqa cinsdən biri kimi təqdim edib, bu üsulla diqqəti özündən yayındıraraq qurbanlarını asanlıqla seçib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Milli.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin şəxsin psixoloji problemləri var.

"Hazırda disponserdədir. Dedikləri isə həqiqəti əks etdirmir".

Aysel Əkbər
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.