Cəmiyyət

Bu kəndin bütün sakinləri evlərini tərk etdi

19 Fevral 2025 00:42
Baxış: 6 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllının Pirəbülqasım kəndi boş, qıfıllı evlərin olduğu vahiməli kənd kimi tanınır. 

Milli.Az xəbər verir ki, bu kənddə rəsmi olaraq 157 sakin qeydiyyatdadır. 

Amma hazırda hamısı buranı tərk edərək evlərin qapılarına qıfıl vurub.

Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı bildirilir. Bu kənddə yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib. "İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o deyib.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.