Cəmiyyət

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub - FOTOlar

10 Fevral 2025 10:28
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı Qəbələ şəhərində uğurla davam edir.

Trend xəbər verir ki, festival çərçivəsində fevralın 9-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Kamera Orkestrinin konserti olub.

Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Xalq artisti Yeganə Axundovadır.

Konsertdə A.Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Qış", P.İ.Çaykaovskinin Simli alətlər üçün serenadasından "Vals" və "Final", A.Piatsollanın "Buenos-Ayresdə ilin fəsilləri" silsiləsindən "Yaz", Niyazinin "Arzu", S.İbrahimovanın "Piano və orkestr üçün 4 nömrəli konsert", N.Kapustinin "Piano və orkestr üçün 2 nömrəli konsert", F.Əmirovun "Azərbaycan elləri", F.Bədəlbəylinin "Dəniz" əsərləri səsləndirilib. Solistlər Murad Adıgözəlzadə (piano), Yeganə Axundova (piano), Nəzrin Aslanlı (skripka), Nigar Cəfərovadır (soprano).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.