Cəmiyyət

Yaşar Kələntərli vəfat etdi

2 Fevral 2025 14:18
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

Milli.Az xəbər verir ki, ƏHD Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı APA-ya deyib ki, Yaşar Kələntərli dünən axşam saatlarında öz evində vəfat edib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Yaşar Kələntərli bu gün Fatmayi məzarlığında dəfn edilib.

Qeyd edək ki, Yaşar Kələntərli milli azadlıq hərəkatının iştirakçısı olub. O, daha sonra fəaliyyətini AXCP-də davam etdirib.

Yaşar Kələntərli daha sonra BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini, partiyada ad dəyişikliyindən sonra isə ƏHD Partiyasının baş katibi kimi fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.