Kartdan pulu necə oğurlayırlar? – Ehtiyatlı olmağınız üçün məsləhətlər AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə müşahidə edə bilərik ki, kibercinayətlərin sayında artım mövcuddur. Bu artım, xüsusən də, bank kartlarından edilən oğurluqlarda daha çox müşahidə edilir. Çünki bu ödəniş kartları nağdsız ödənişlər üçün ən geniş istifadə edilən vasitədir.
Bəs bu oğurluq hallarından yayınmaq üçün nə etmək lazımdır?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı İT eskperti Məhəmməd Rüstəmzadə açıqlama verib.
O bildirib ki, qəti şəkildə kimliyindən asılı olmayaraq sizə gələn sms kodu və özünüz haqda bilgiləri heç kimlə bölüşməyin:
"Yalnız özünüz banka zəng etdiyiniz zaman onlar sizdən məxfi kodu (bu sizin bankda qeydiyyatdan keçən zaman qeyd etdiyiniz koddur) və kartın yalnız son 4 rəqəmini deyə bilərsiz. Bu da yalnız və yalnız siz özünüz banka zəng etsəniz onlar soruşa bilər. Heç bir əməkdaş sizin hesabınızdan oğurluq olur, dərhal məlumatlarınızı deyin qarşısını alaq deyə zəng etmir. Onlar dərhal hesabınızı bloklayıb sizə məlumat verir. Daha sonra ya banka yaxınlaşmağınızı tələb edir ya da dəqiqləşdirib hesabını aktiv edir. Sizdən kod falan istəmədən. Sadəcə məlumat verirlər. Sizə gələn whatsapp və ya başqa app üzərindən zəng gələn tanımadığınız nömrələrə qəti şəkildə cavab verməyin. Dərhal bloka atın. (Hətda adi zənglə belə telefonunuza izləyici proqram yerləşdirilə bilər. Məlumat üçün 2019-cu ildə bu yolla zərərli proqramı həm iphone həm android telefonlara yazıblar)".
Ekspert qeyd edib ki, heç bir halda sizə göndərilən linklərə keçid etməyin.
"Bu bir mənalı olaraq nəzərinizdə olsun. Adi 1 hərf fərqiylə saytın eynisini yaradıb sizin məlumatlarınızı ələ keçirə bilərlər. Son dövrlər süni intellektin inkişafından sonra, yaxınlarınızın səsilə, təcili pul lazımdır və ya başqa nəsə deyərək oğurluqlar olunur. Belə olan halda, həmin yaxınınızla birbaşa əlaqə saxlayıb, həmin insanın dəqiq o olduğunu yoxlayın. Cihazlarınızın proqram təminatını və app-ləri daim yeni versiyalarla yeniləyin. Bu yenilənmələr cihazınızda və ya app-də olan boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulur".
Qeyd edək ki, hesabınızdan pul oğurlandığını aşkar etdiyiniz anda dərhal bankla əlaqə saxlayın. İş vaxtı olmasa belə kartların arxasında qaynar xətt olur. Məbləğ çox olduqda pul köçürülmə prosesi bir qədər uzun olur, ona görə də pulunuzun geri qayıtma şansı yaranır. Məlumatlı olun ki, belə problemlərlə qarşılaşmayasınız.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Pensiya alanlara şad xəbər
XƏBƏR LENTİ
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək





