Həkim Sənan Mehdiyev əməliyyat zamanı səhvə yol verib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, burun əməliyyatı olan 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur.
Milli.Az xəbər verir ki, jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib.
O bildirib ki, bir neçə gün əvvəl ailə ilə qızlarının durumu ilə bağlı danışıb:
"Bu səhər bir çox insan məni işarələyərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim. Bu gün fərqli məlumatlarla qarşılaşdım.
Hadisənin səbəbi həkim səhvidir, yoxsa sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikası"na müraciət etdim və bildirildi ki, xəstə əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və Təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: Təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi?
Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar?".
FOTO həkim Sənan Mehdiyev

O, bildirib ki, Nəzrin Mansurovadan analizlər əməliyyatdan 35 gün əvvəl götürülüb:
"Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub - belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona "toksik şok" diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib. Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur. Bəs iki gündən sonra xəstədə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib? Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir".
DİGƏR XƏBƏRLƏR
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Bakıda yeni park salınır - (Foto)
XƏBƏR LENTİ
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
-
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş
-
Yardımlıda 7 kəndin qazı kəsiləcək
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq - (Video)
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə





