Cəmiyyət

Qəbələdə istehsal müəssisələrinin fəaliyyəti genişlənir

8 İyul 2012 19:09
0 Şərh     Baxış: 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər ölkəmizin hər yerində, o cümlədən Qəbələ rayonunda geniş miqyasda həyata keçirilən əsaslı tikinti-quruculuq və abadlıq işləri inşaat materiallarına olan tələbatı əvvəlki illərə nisbətən xeyli dərəcədə artırmışdır.

AzərTAc xəbər verir ki, Qəbələdə müasir səviyyədə yeni yolların və körpülərin salınmasını, yaşayış binalarının, emal müəssisələrinin, idarə və təşkilatlar üçün yeni binaların, turizm obyektlərinin inşasını nəzərə alan "Gilan" MMC-nin rayondakı beton, kərpic və asfalt zavodları fəaliyyətlərini genişləndirirlər.

İstehsal gücü saatda 40 ton olan Qəbələ asfalt zavodunda yeni DS-158 avadanlığı Ukraynanın Kremençuk şəhərindən gətirilərək xarici mütəxəssislər tərəfindən quraşdırılmışdır. İstehsalı və işçilərin sayını artıran zavodun məhsullarından Qəbələ, Oğuz, Ağdaş, İsmayıllı və digər ətraf rayonlarda yolların asfaltlaşdırılmasında geniş istifadə olunur.

Qəbələ rayonunda Türkiyə və Rusiya istehsalı olan avadanlığın quraşdırıldığı kərpic zavodunda il ərzində istehsal edilən 10 milyon kərpicdən bölgədə əsas tikinti işlərində istifadə edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.