Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azərbaycanın beynəlxalq sferada nüfuzunun artırılması üçün atılan əhəmiyyətli addımlardan biri hesab olunur.
Milli.Az xəbər verir ki bu səfərin təşkilatçısı isə hazırda işgüzar sahədə fəaliyyət göstərən Adnan Əhmədzadədir.

Qeyd edək ki, daha əvvəlki dönəmdə məşhur futbolçu Lionel Messi şəxsi sosial media hesabında azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə ailəvi şəklini paylaşmışdı

Bəs Adnan Əhmədzadə kimdir?
Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1998-2005-ci illərdə o, SOCAR-ın Xarici İqtisadi Əlaqələr Departamentində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar Departamenti) İxrac əməliyyatları departamentində ekspert olaraq çalışıb. 2005-2006-cı illərdə isə "Azertrans" MMC-nin baş direktorudur. 2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar Departamentində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Nəqliyyat və Ekspedisya Departamentinin müavini (2006-2007), Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri (2007-2008), İqtisadi Əməliyyatlar Departamentinin müavini (2008-2010), SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru (2010-2019). 2018-ci ildə isə o, SOCAR Trading şirkətinin icraçı direktoru təyin edilmişdir.
2019-cu ildə o, SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinə təyin edilib.
2015-ci ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
2023-cü ildə isə ABDA Invest Holding-in təsisçisi və sədri olmuşdur. Holding tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri, kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirir.
2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.
Ailəlidir, dörd övladı var.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səməd Həsənov vəfat etdi
-
Zeynalabdin Allahyarov həbs olundu
-
BDU-nun prorektoru vəzifəsindən azad edildi - (Foto)
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
XƏBƏR LENTİ
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)
-
“Bitcoin” ucuzlaşdı
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir





