Bakıda mina qurbanlarına həsr olunan fotosərgi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gilavar Foto Klubu" İctimai Birliyi "Təhlükənin kulMİNAsiya nöqtəsi" layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində 2024-cü il okyabrın 26-sı fotolayihənin bağlanış mərasimi keçirilib.
"Düyməni sıxan ayaqlar" adlı fotosərgi təşkil olunub. Sərgidə layihə zamanı çəkilmiş müxtəlif illərdə mina partlayışları nəticəsində xəsarət alan insanların həyatını təsvir edən 50 fotodan ibarət ekspozisiya nümayiş olunub.
Nümayiş olunan fotoşəkillər peşəkar fotoqraflar Famil Mahmudbəyli, Dilavər Nəcəfov, Yaqub Cəfərov və Rəşad Mehdiyev tərəfindən çəkilib. Həmin şəkillər bir müddət öncə Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında da 2 gün ərzində sərgilənib.
Sonda sərgilənən fotolar gələcəkdə də istifadə olunması, beynəlxalq tədbir və konfranslarda nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) hədiyyə olunub.
Qeyd edək ki, layihə çərçivəsində fotosərgilərlə yanaşı, 2 marifləndirici videoçarx və elektron fotokitab da hazırlanıb. Fotokitabda mina qurbanlarının hekayələri, onların hazırkı durumunu əks edən fotoşəkillər, mina hadisələrin xronologiyası və digər statistik məlumatlar əks olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi





