“Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” - modeli döyən biznesmenin MƏHKƏMƏSİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə, bununla yanaşı, külli miqdarda dələduluzluqda təqsirləndirilən iş adamı Ziya Hüseynovun növbəti məhkəmə iclası keçirilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Kənan Rəsulova təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev bəzi suallar verib.
Vəkil Elnur Quliyev: "Deyə bilərsiz, sizə qrantın verilməsi üçün hansı tələblər olub?".
Kənan Rəsulov sualı cavablandırıb:
"1-ci şərtlərə uyğun işi gördüm, aktı da tərtib elədim, ancaq götürmədilər. Sonra ödəniş gəlməli idi. Məktub göndərmişdik bizə qrant ayrılır, ya yox? Sonra Ziya aləmi qatdı bir-birinə. Bizə demişdi dostum işləyir orda. Ona pul çatmalı idi. Ancaq yəqin çatdırmadı ki, qrantı vermədilər. Üstündən artıq 1 il 6 ay keçıb. Hər hansı bir məktub göndərməli idilər, əvəzində biz 5 ya 10 min ödəniş etməli idik".
Vəkil Elnur Quliyev:
"Qrantın ayrılması ilə bağlı hər hansı rəsmi saytlarda, bankın səhifəsində məlumat getmişdi?".
Kənan Rəsulov artıq səhifəyə baxmadığını bildirib:
"Artıq mən 1 il 6 aydır bankın rəsmi səhifəsinə baxmıram, xəbərim yoxdur".
Vəkil Elnur Quliyev zərərçəkmişdən mədaxil barədə qəbzin olub-olmadığını soruşub.
Kənan Rəsulov bildirib ki, Ziyanın şirkətini yox, özünü tanıyıb:
"Hamısı barədə sənədlər cinayət işinin içində var. Həmin pullar ancaq görülən işlərə gedib. İşlər görürdük, votsapa qrupu da açmışdıq, işləri orda qeyd edirdik. Mən Ziyanın şirkətini yox, onun özünü tanımışam".
Hakim Azad Məcidov:
"Kənan Rəsulov, sənin marağın o idi ki, 2 milyonu götürəsən. Buna görə 221 min manatın ortada gedib. Niyə vaxtında hüquq-mühafizə orqanlarına şikayət etmirdiniz?".
Vəkil Elnur Quliyev:
"Pul sizin hesaba oturmuşdusa, Ziya sizə nə problem yaradacaqdı, niyə ona pul verirdiniz?".
Kənan Rəsulov: "Söz vermişdim 3 faiz, bir də 260 minin yarısını verəcəm Ziyaya".
Vəkil Elnur Quliyev: "Ziyanın hansı rolu olub qrantın ayrılmasında?".
Kənan Rəsulov: "Rolu belə olub ki, deyib mən xahiş edərəm sənə qrant verərlər".
Məhkəmənin növbəti prosesi 27 sentyabra təyin edilib.
İttihama görə, "PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdıraraq, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün "Avropa Yenidənqurma və İnkişaf Bankı"dan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma xüsusi külli miqdarda ziyan vurub. Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edib və Zaur Əliyevlə əlbir olaraq "Avropa Yenidənqurma və İnkişaf Bankı"dan 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıb. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamda daha sonra göstərilib ki, Ziya Hüseynzadə "Muğan bank"ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib





