Cəmiyyət

Deputatın qardaşı oğlunu öldürənlər danışdı

25 May 2010 16:44
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Zaur Mirələmovu qətlə yetirməkdə təqsirləndirilən şəxslər istintaqa verdikləri ifadələrində hadisəni borc üstündə törətdiklərini bildiriblər.

Belə ki, təqsirləndirilən Ramil Babayev ifadəsində, yaxın qohumu Səməndər Hacıyevin ona telefonla zəng edərək Z.Mirələmovun onların namusuna sataşdığını və onu qətlə yetirmək niyyətində olduğunu deyib. Bundan sonra isə hər iki qohum birləşərək namus təmizləmək adı ilə Z.Mirələmovu görüşə dəvət ediblər. Onlar Z.Mirələmovu idarə etdikləri "QAZ-2410" markalı avtomobildə boğaraq öldürdükdən sonra Zağulba çimərliyində dənizə atıblar. Meyitin üzə çıxmasından ehtiyatlanan cinayətkarlar ona ağır daş bağlayıblar.

Təqsirləndirilən S.Hacıyev isə istintaqa verdiyi ifadəsində Z.Mirələmovu borca görə öldürdüyünü qeyd edib. Təqsirləndirilən şəxs mərhumun ona 10 min dollar borclu olduğunu və pulu qaytarmadığı üçün bu addımı atdığını bildirib.

Qətlə yetirilən Z.Mirələmovun yaxınları isə istintaqa verdikləri ifadələrində mərhumun evdən gedərkən üzərində 6 min dollar pul götürdüyünü qeyd ediblər.

Hazırda faktla bağlı başlanan cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qeyd olunan cinayət hadisəsi mayın 20-də qeydə alınıb. Həmin tarixdə Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis tərəfindən əməliyyat-axtarış qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində Z.Mirələmovun qətlə yetirildiyi məlum olub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Z.Mirələmovu qətlə yetirməkdə şübhəli bilinən Səməndər Hacıyev və Ramiz Babayev isti izlərlə saxlanılıb.


APA

Xəbərə uyğun link:

Bakıda millət vəkilinin qardaşı oğlu qətlə yetirildi


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.