Sərnişinlə mübahisə edən avtobus sürücüsü CƏZALANDIRILDI - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:32
"Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunun sürücüsünə töhmət verilib".
Milli.Az xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev verib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər araşdırılıb.
"17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən "Isuzu Citibus" markalı 10-TH-326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problem ilə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib.
Araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub. Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərdən müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib.
Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə 135 saylı marşrut avtobusunda sürücünün kondisioneri yandırmaması səbəbindən mübahisə düşməsini özündə əks etdirən videogörüntü yayımlanmışdı.
----------------
2024.07.17
Bakıda marşurut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətdə hərəkət edən 135 saylı avtobusda sürücü kondisioneri yandırmayıb.
Milli.Az bildirir ki, bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər daxil olub.
Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.
Sonda isə o sərnişinlərə avtobusdan düşərək oranı tərk etmələrini bildirib.
Sürücünün sözləri sərnişinlərində əsəb və aqressiyaya səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik





