"Kitab Evi" Xaçmaza səfər etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kitab Evi" İctimai Birliyinin həyata keçirdiyi "Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər" adlı layihənin növbəti tədbiri 4 iyul 2024-cü il tarixində Xaçmaz rayonunda keçirilib.
Tədbiri layihənin rəhbəri Adilə Nəzərova açaraq, layihə haqqında qısa məlumat verib və öz çıxışında cəmiyyətləri güclü və ayaqda saxlayacaq iqtisadi inkişafa uyğun yüksəlməli olan mədəni inkişaf olduğunu qeyd edib. O, bildirib ki, mədəni inkişafa nail olmaq üçün cəmiyyətimiz mütaliə vərdişi qazanmalı və bu vərdişi ömürlük oxu mədəniyyətinə çevirməlidir.
Xaçmaz rayonunun ziyalıları və 40-dan çox oxucunun iştirak etdiyi tədbirdə Əməkdar Jurnalist Azər Həsrət çıxış edib və intellektuallığın inkişafında mütaliənin rolu barədə danışmış və gənclərə dəyərli tövsiyyələr verib Sonra şair, Xaçmazda fəaliyyət göstərən "Ulduzlar" Ədəbi Məclisinin sədri Fərzalı Ziyanur çıxış edərək, ədəbi dil qaydaları haqqında, bəzən bu qaydaların televiziya proqramlarının aparıcıları tərəfindən pozulması bərədə danışmış, təkcə uşaq və gənclərin deyil, eləcə də böyüklərin, xüsusilə media nümayəndələrinin mütaliəyə daha çox ehtiyacı olduğunu diqqətə çatdırıblar.
Təlimçi Həcər Paşayeva yüksək intellektli müasir standartlara uyğun bilik və dünyagörüşünə sahib olan insanların yetişməsi üçün mütaliə mədəniyyətini inkişaf etdirmənin vacibliyindən danışıb. O, mövzu ilə bağlı "Kitab Evi" İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirmiş və bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər" layihəsi çərçivəsində artıq yeddi tədbir keçirmişdir və tədbirlər davam etməkdədir. Lakin, bu azdır, belə layihələrin davamlılığına ehtiyac vardır, eyni zamanda layihə çərçivəsində keçirilən tədbirlərlərlə yanaşı bəzi təşəbbüslər də irəli sürülür. Təhsil müəssisələrində və Mədəniyyət Evlərində tədbirlər təşkil etmək və maarifləndirmə işləri aparmaq; Uşaq baxçalarında, otra və ali məktəblərdə tədbirlər keçirmək, təbliğatlar aparmaq; Peşə liseylərinin, koleclərin kitabxanalarında, eləcə də siniflərdə (oxu saatlarında) ümumi mütaliənin, o cümlədən bədii ədəbiyyatın oxunmasının artırılması mövzusunda təbliğat tədbirləri həyata keçirmək; Layihə çərçivəsində dəvət olunan mütəxəssislər tərəfindən radio və televiziyalarda, eləcə də internet kanallarında mütəxəssislərin təbliğat xarakterli çıxışlarını təşkil etmək və s. problemin həllinə müəyyən qədər kömək edəcək.
Tədbir iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və "Kitab Evi" İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.
"Kitab Evi" İctimai Birliyinin sədri
Adilə Nəzərova
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?





