Cəmiyyət

Nazir: “Kür və Araz çaylarının ayrılmasında ekoloji fəsad görmürəm”

24 May 2010 17:34
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, jurnalistlərə açıqlamasında deyib ki, bu ideyanın reallaşdırılmasında heç bir ekoloji fəsad görmür. Nazir bununla bağlı fikirlər, ehtiyat variant kimi axtarışların olduğunu bildirib: "Bu axtarış işləri tədricən ilkin və ya fövqəladə plana çevrilə bilər".

H. Bağırov deyib ki, Kürün və Arazın dəflərə öz məcralarını dəyişmək kimi xüsusiyyətləri var: "Bizim əlimizdə Kür çayının Şirvandan Salyana qədər hissəsində Kürsəngi və bir neçə başqa palçıq vulkanlarının təsiri altında istiqamətini dəyişməsini təsdiq edən peykdən çəkilişlər var. O çəkilişlər göstərir ki, indiki təsirlərdən əvvəl Kür öz sularını Şirvan parkının ərazisindən dənizə aparıb. Tədricən vulkanların qalxması nəticəsində məcbur olub, Araza qovuşub. 1903-cü ilin xəritələrində Araz çayının əsas hissəsinin paralel axaraq Biləsuvar ərazisindəki çöllərdən keçərək Xəzərdəki kiçik Qızılağac körfəzinə axması aydın görünür".

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.