Cəmiyyət

Bakıda yaxın 3 gündə 30 dərəcəyədək isti olacaq

24 May 2010 12:03
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji proqnozlar bürosunun məlumatına görə, paytaxtda və yarımadada bu gün hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 24-28° isti, axşam 17-20° isti olacaq.

Mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 23-26° isti təşkil edəcək.

Mayın 26-da dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-28° isti olacaq.

Mayın 27-də hava əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 25-30° isti olacaq.

Azərbaycanın rayonlarında mayın 25-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 7-10° isti, gündüz 16-21°, bəzi yerlərdə 25°-dək isti müşahidə ediləcək.

Mayın 26-27-də gün ərzində əsasən yağmursuz hava olacaq. Lakin 26-da gecə bəzi dağlıq ərazilərdə lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 27°-dək isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ANS PRESS
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.