Cəmiyyət

Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov

25 Aprel 2024 15:07
Baxış: 2 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram".

Milli.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov deyib.

O bildirib ki, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsindən də ayırılıb:

"Vəzifədə olmadan akademiyada necə dərs deyə bilərəm? İnsanların mənimlə bağlı sosial şəbəkələrdə yazdıqlarına çox rahat baxıram. Hər kəs öz işi ilə məşğul olur. Sosial şəbəkələrdə mənim rəqs etdiyim videonu paylaşırdılar. Əgər o adamlar məni biabır etmək istəyirlərsə, mən onlara bir söz demirəm.

İndi mən övladlarımla, nəvələrimlə İsmayıllıda və Nabranda istirahət edirəm, amma ölkədən kənara çıxmıram. Özüm ərizə yazıb işdən ayrılmışam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.