Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Varis, "Ədəbiyyat və incəsənət"
Milli.Az edebiyyatveincesenet.az-a istinadən bildirir ki, Qarabağ müharibəsindəki qalibiyyətdən sonra yazıçılarımızın qarşısında yeni bir vəzifə dayanıb: bu qalibiyyəti qalibiyyətə yaraşan şəkildə kitablaşdırmaq. Və mən deyərdim ki, çağdaş nəsrimizdə tarixi romanların uğurlu müəllifi hesab edilən "Yunus Oğuz bu işin öhtəsindən məharətlə gəlib. Onun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb.
O həmin döyüşçüdür ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşanı düşmən əsarətindən xilas edib.
Yunus Oğuzun "Cığır" romanı ədəbiyyat tariximizdə əsl tarixi hadisədir, buna görə də ona layiqli qiymət verməyin, düşünürəm ki zamanıdır.
Bu romanı müəllif Şuşanın işğaldan azad edilməsinin ikinci ili ərəfəsində yazıb və Şuşanın qurulmasının 270 illiyinə ithaf edib.
"Cığır" romanının ən əsas məziyyəti onun oxunaqlı olmasıdır. Və romanın mistik çalarları ona xüsusi gözəllik verir. Əsərin adı niyə "Çiğır"dır? Çünki əsas obraz məhz Şuşaya aparan sirli cığırdır. Digər əsas obrazlar - Nəsrəddin Murad və Azərbaycan əsgərinin fövqəlqəhrəmanlığını simvolizə edən kölgə əsgərlər də bu mistik çalarlarla zəngindirlər, amma həm də alleqoriya deyil, real insan olduqlarından fərqli ampluada dayanırlar, Şuşadan Xudafərinə qədər uzanan tarixi "Nəsrəddin yolu"nu ədəbiyyatda Yunus Oğuz Nəsrəddin Murad obrazıyla simvollaşdırır.
Ədəbi tapıntı isə mükəmməldir: 18-ci əsrdə Pənahəli xana gizli cığırın yerini göstərən Nəsrəddin Murad indi də 21-ci əsrdə Azərbaycan ordusunun generalına həmin cığırı nişan verir.
Şuşa uğrunda savaşa atılan 400 əsgər də bu cığırla hədəfə doğru gedirlər.
"Cığır" romanında Azərbaycan əsgəri Şuşaya kölgə kimi daxil olur, bu kölgə yüz ildir ki, təsəvvürümüzdə kök salıb dərinlərə işləmiş erməni mifini darmadağın edir.
Bəli, qələbəmiz müqəddəsdir, ədəbiyyatımızın da şərəf işi onu layiqincə tərənnüm etməkdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq





