Cəmiyyət

Ucarda sürücüyə yazılan qəribə cərimə - VİDEO

10 Aprel 2024 09:50
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək sürətlə hərəkət edən başqa sürücünün cəriməsi Ucar sakininə göndərilib. Sonradan cərimənin yol polisinə aid olduğu məlum olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qəhrəman Məmmədov 18 il əvvəl aldığı VAZ-2106 markalı minik maşınını bu günə qədər etibarnamə ilə idarə edib.

Onun sözlərinə görə, bir il öncə qardaşına etibarnamə verib. Bundan sonra onun mobil telefonuna Bakı-Quba magisrtal yolunda sürət həddini aşdığına görə radara düşməsi ilə bağlı mesaj gəlib. Qəhrəman Məmmədov bundan sonra Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinə yaxınlaşıb. Araşdırma zamanı məlum olub ki, cərimə yol polisinə məxsusdur.

Q.Məmmədovun sözlərinə görə, başına gələnlər bununla bitməyib. Yenidən onun cərimələndiyi məlum olub. Amma bu dəfə araşdırma üçün müraciət etsə də, cəhdləri boşa çıxıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.