Cəmiyyət

"Hacı Şahinin videolarının nüsxəsi var, iki-üç günə..." - Keçmiş köməkçisi

8 Aprel 2024 16:42
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mütəxəssislər Hacı Şahin Həsənlinin "Youtube" kanalının geri qaytarılması istiqamətində iş aparırlar, iki-üç günə səhifənin qaytarılacağını deyirlər. İrəliləyiş olan kimi ictimiayyətə məlumat verəcəyik".
 
Milli.Az bildirir ki, bu barədə Teleqraf.com-a Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov bildirib.
 
"Ailədə Hacı Şahinin çıxış və moizlərinin video nüsxəsi var. Haker hücumunun mənbəyi barədə heç bir məlumatımız yoxdur. Aidiyyəti qurumlara kanala olan hücumla bağlı məlumat vermişik", - o deyib.
 
Qeyd edək ki, Hacı Şahin Həsənlinin "Youtube" kanalı hakerlər tərəfindən ələ keçirilib və bütün videolar silinib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.