Cəmiyyət

Əli xəmirqarışdıran qazanda qalan qadın belə xilas edildi - VİDEO

8 Aprel 2024 11:34
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əlinin xəmirqarışdıran qazanda sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın yaranması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 1975-ci il təvəllüdlü Z.Ağayeva xəmirqarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qazanda ilişib qalıb. Xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişin əlini çıxararaq xilas olunmasını təmin ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.