Cəmiyyət

Millət vəkili fəlakət zonasında olub - FOTO

21 May 2010 20:04
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Deputat deyib ki, o, hazırda Şirvandadır və mövcud vəziyyətlə tanış olub.

Millət vəkili bildirb ki, Şirvanın Bayramlı, Hacı Qəhrəmanlı, Çılpaqlı qəsəbələrində, Köhnə Şəhərdə və digər Kür boyu ərazidə olub: "Kürün səviyyəsinin artması ilə bağlı vəziyyət kritik olaraq qalmaqdadır. Amma buna baxmayaraq, bizim olduğumuz yerlərdə bənd bərkitmə işləri çox yüksək səviyyədə həyata keçirilib. Ədalət naminə demək lazımdır ki, son bir neçə gündə görülən işlər müəyyən mənada təhlükəsizliyi təmin edə bilib. Görülən işlər çox ciddi təhlükənin qarşısını alıb. Bir neçə gün öncə qeyd etdiyim , xüsusən İsmət Qayıbov parkından çox böyük təhlükə vardı. Bu təhlükənin qarşısı bənd qurma işləri ilə alınıb. Hesab edirəm ki, bütövlükdə təhlükə sovuşmasa da, vəziyyət kifayət qədər nəzarət alına bilib. Şirvanda vəziyyət ağır olaraq qalsa da, hər hansı ciddi təlaşa, insanların evakuasiyasına ehtiyac yoxdur".

Deputatın sözlərinə görə, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bütün aidiyyatı qurumlar tam səfərbər olunublar. Fəlakət bölgəsində  Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyinin qoşun hissələri,  Daxili İşlər Nazirliyi, "Azərenerji" ASC  və   Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları gecə-gündüz çalışır.

Mayın 7-dən sonra daşqın təhlükəsi yaşanmış Bayramlı qəsəbəsində də sakinlərlə görüşdüyünü deyən A.Quliyevin sözlərinə görə, insanlar orada yığılıb qalmış qrunt sularının təmizlənməsi prosesinin sürətləndirilməsini xahiş ediblər.

A.Quliyev Şirvandakı çadır şəhərciyində də olub. Deputat hazırda orada Sabirabaddan olan 1300-ə qədər sakinin məskunlaşdığını söyləyib.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.