Cəmiyyət

Novruz bayramına görə 7 gün iş olmayacaq - Tarixlər

15 Mart 2024 16:38
Baxış: 8 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin "2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, gələn il 23 və 24 mart şənbə və bazar günlərinə, yəni bayram günləri istirahət günlərinə təsadüf etdiyi üçün 25-və 26 mart da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl 20, 21, 22, 23, 24, 25 və 26-sı mart tarixlərində iş olmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.