Cəmiyyət

“Sovetski”dəki məşhur qraffiti bərpa olundu - FOTO

11 Mart 2024 15:36
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl Bakının Yasamal rayonu, "Sovetski" kimi tanınan ərazidə divara çəkilmiş məşhur qraffitinin silinməsi ilə bağlı məlumat yayılmışdı. Sosial şəbəkələrdə divardakı sənət əsərinin silinmədən sonrakı görüntüsü tənqid və narazılıqla qarşılanmışdı. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, üzərindən təxminən 10 gün keçəndən sonra artıq həmin qraffiti əvvəlki formada bərpa olunub. Yasamal Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, qraffitini müəllif rəssam özü bərpa edib.

Qeyd edək ki, əraziyə xüsusi kolorit verən sözügedən qraffiti keçmiş "Sovetski" ərazisində 2019-cu ildə rəssam Azər Məmmədli tərəfindən çəkilmişdi. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.