Cəmiyyət

Şok iddia: Azyaşlıya sığınacaqda işgəncə verdikdən sonra “Tik-Tok”da adına pul yığdılar - VİDEO

10 Mart 2024 11:07
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sığınacaqda qalan uşaqdan istifadə edilərək "Tik-Tok"da pul yığılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə bir iddia ilə Bakı sakini Şəlalə Mürsəlova çıxış  edib. O, "Sevgi Evi" Qadın və Uşaq sığınacağında uşağına işğəncə verildiyini deyir.

Ş.Mürsəlova bildirir ki, ötən ilin dekabr ayından uşağı sığınacaqdan götürüb. Bundan sonra, uşağı ilə bağlı ona "Tik-Tok" sosial şəbəkəsindən xəbər veriblər.

Məsələ ilə bağlı "Sevgi Evi" adlanan qadın və uşaq sığınacağından bildirildi ki, şənbə və bazar günləri müdiriyyət işləmir. Sonra isə sığınacağın tabe olduğu kimsəsizlərə və xüsusi qayğıya ehtiyacı olan insanların sosial həyatına dəstək olan  "Könüldə Nur" İctimai Birliyinin sədri Könül Qasımova ilə telefon vasitəsilə əlaqə saxlanılıb. O, ittihamları rədd etdi.

K.Qasımova "Tik-Tok"da uşağın adına pul yığmaq ittihamını da rədd edərək bildirdi ki, sığınacaq ianələr hesabına ehtiyaclarını ödəyir.

Hər iki tərəf məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirdilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.