Bunu etsəniz, övladlarınız faciələrlə üzləşəcək - Valideynlərə XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir valideynlərin tez-tez "bizim dövrümüzdə şagirdlər belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar.
Son günlər Azərbaycan məktəblərində baş verən biabırçı hadisələr də göstərir ki, yeniyetməlik dövrü çətindir.
Bəs psixoloji dəyişikliklər özünü hansı davranışlarda büruzə verir? Yeniyetmələr bu dövrdə nələr hiss edirlər?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Könül Əhmədova bildirib ki, bu problemlərin kökü məhz ailələrdədir:
"Bu gün şagirdlərin kobud davranışı aktual məsələlərdən biridir. Bütün bu problemlər əvvəlcə ailədə, daha sonra tərbiyə ocaqlarında yaranır. Belə halların qarşısını almaq üçün valideynlərin uşaqları üzərində təlim-tərbiyəsi güclü olmalıdır. Valideynlər birinci özlərinə, sonra isə evdəki uşaqlarına qarşı düzgün olmalıdırlar. Yeniyetmələrin üzərinə çox getmək olmaz. Onların yaşam tərzi, geyim tərzi, seçdiyi filmlər, yediyi yeməklər, oturub-durduqları dostları, rəfiqələri düzgün olmalıdır. Bütün bunlara ailədaxili diqqət yetirilməlidir. Bu gün hər iki valideyn işə getməyə, ailə büdcəsinə yardım etməyə məcbur olduğu üçün uşaqlar özbaşına böyüyür. Yeniyetməlik dövrü də keçid dövrü olduğu üçün bu ərəfədə özbaşına böyümək ciddi problemlər yaradır və bu tip hadisələr baş verir. Təbii ki, bu hər ailəyə aid deyil, amma əksəriyyətdə bu cür olur. Mən dəfələrlə demişəm ki, hər ailənin öz psixoloqu olmalıdır. Məktəblərdə imkan verilməlidir ki, psixoloqlar öz işlərini yerinə yetirsinlər, anket sorğuları aparsınlar, valideynlərlə bərabər işləsinlər. Valideynlər də öz uşaqları ilə ailədaxili işləməlidirlər".
Psixoloq qeyd edib ki, yeniyetməlik dövründə uşağa sərt reaksiyanın verilməsi dəhşətli hadisələrlə nəticələnə bilər:
"Ümumiyyətlə, valideynlər öz övladlarında hər hansı narahatlıq gördükdə dərhal uşağın üzərinə getməməlidirlər. Çünki yeniyetməlik keçid dövrüdür və onlar ani qərarlar verə bilirlər. Bu qərara intihar, başqasına təcavüz etmək, həyatdan qisas almaq kimi davranışlar aid ola bilər. Ona görə də valideynlər çox təmkinli olmalı və düşünməldirlər ki, özləri hansı səhvi edib ki, uşaq da bu addımı atıb. Onlar aydınlaşdırmalıdır ki, uşağın nəyi çatmır ki, məhz bu yolu seçib. Onlar psixoloqlara, böyüklərə müraciət etməlidirlər. Dərhal təpki göstərmək olmaz! Belə etdikdə yeniyetmə əks istiqamətdə hərəkət etməyə başlayır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
Bakıda güclü yanğın başlayıb - (Video)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək





