Araq içilən yerdə namaz qılmaq: “Kiminsə istirahətini pozmaq...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Azərbaycanda keçirilən toyların birində qeyri-adi hadisə yaşanıb. Qonaqlar məclisin ortasında toplaşaraq, kütləvi halda namaz qılıblar. Bu hal ölkədə müzakirələrə səbəb olub. İnsanlar arasında birmənalı qarşılanmayan hadisəyə, toy sahibinin reaksiyası da narazılıqla nəticələnib. Bir çox insanlar toy məclisində ibadət etməkdə hər hansı bir nöqsan görməsə də, bəzi adamlar düşünür ki, bu sadəcə göstəriş üçün edilən bir davranışdır.
Milli.Az bildirir ki, "Yeni Sabah"a açıqlama verən ilahiyyatçı Elşad Miri məsələyə belə münasibət bildirib:
"Həmin videogörüntüləri izləmişəm. Burada qəribə, qeyri-adi bir hal müşahidə etmədim. Bir çox şəxslər isə bu olaya qeyri-adi yanaşırlar. Burada bir məqam var. Əgər ibadət edənlər orada olan digər qonaqlara narahatlıq veriblərsə, bu doğru deyil. Ancaq dini toy mərasimi keçirilibsə, digər insanlar da bu haldan şikayətçi olmayıbsa, burada hər hansı bir qəbahətə yol verilməyib. Kiminsə haqqına girib, istirahətini pozmaq təbii ki, düzgün sayılmır. Ya da orada çox adam içki içir, azlıq da pis vəziyyətdə qaldığı halda bunu onunla müqayisə etmək lazımdır. Sözügedən durumda heç bir qəribəlik yoxdur. Sadəcə, indiyə qədər oxşar hala rast gəlinməyib deyə, cəmiyyətdə fərqli qarşılanıb".
İlahiyyatçı qeyd edib ki, həmin şəxslər namaz otağında da öz ibadətlərini yerinə yetirə bilərdilər:
"Toy məclisi keçirilən məkanda namaz qılmaq üçün xüsusi bir otaq varsa, bu ibadəti orada da yerinə yetirə bilərdilər. Yox, əgər belə bir yer olmayıbsa, bunu normal qəbul etmək olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
XƏBƏR LENTİ
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım





