Cəmiyyət

Antiterror tədbirlərindən SENSASİON GÖRÜNTÜLƏR - Real döyüş kadrları - VİDEO

7 Fevral 2024 14:04
Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Caliber" ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib.

Milli.Az bildirir ki, döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir.

Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.

Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir.

Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar.

Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.