Cəmiyyət

Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı - VİDEO

6 Fevral 2024 19:51
Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün "ATV" telekanalında yayımlanan "Bizimləsən" verlişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.