Tiktokerlərin görüntülərini yayanı hansı cəza gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gündən sosial şəbəkələrdə tiktokerlər - "Nia" ilə Sabirin liftdə çəkilmiş səmimi görüntüləri yayılıb.
Gündəmi zəbt edən görüntülərdən sonra hər iki şəxs qınaq obyektinə çevrilib. Buna səbəb isə "Nia"nın türkiyəli tiktokerlə bir neçə gün əvvəl nişanlanması olub.
Milli.Az bildirir ki, lent.az məsələnin hüquqi tərəfini araşdırıb. Çünki belə məqamlarda insanların şəxsi həyatını müzakirə etmək yox, məsələnin hüquqi tərəfini işıqlandırmaq lazımdır. Maraqlıdır, şəxsi həyata müdaxilə sayılan bu görüntüləri yayanı hansı cəza gözləyir?
Məsələ ilə bağlı sualları "Norma" Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev cavablandırıb.
Onun sözlərinə görə, konstitusiyanın 32-ci maddəsində göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır:
"Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".
Şamil Paşayev həmçinin qeyd edib ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 azn-dən 2000 azn-dək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır:
"Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Hüquqşünas bildirib ki, əgər binanın liftinin kamerasından istifadə edilməklə çəkilibsə, həmin binanı idarə edən qurum, kamera müşahidəsinin yazılmasına, saxlanmasına, baxılmasına cavabdeh olan və yayan şəxs birbaşa məsuliyyətə cəlb oluna bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
XƏBƏR LENTİ
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?





