Cəmiyyət

Bakıda tramvaylar hansı küçə və prospektlərdən keçəcək? - TƏFƏRRÜAT - VİDEO

20 Yanvar 2024 12:35
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının gələcək tramvay xəttlərinin xəritəsi belə olacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəqliyyat məsələri üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.

Ekspert bildirib ki, tramvay xəttlərinin bərpası Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri kimi qiymətləndirilir.

Azər Axundov onu da deyib ki, "28 May" metro stansiyasının ərazisi qovşaq olaraq nəzərdə tutulur. Bütün tramvay xəttlərinin sözügedən ərazidən kəsişməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.