Cəmiyyət

Azərbaycanda şirkət 20 min manat cərimələndi

12 Yanvar 2024 16:55
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı "Baksel Tele Satış Mərkəzi" MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.