Cəmiyyət

Toy gecəsi bəy gəlinin ayağını yumalıdır?

8 Yanvar 2024 04:01
Baxış: 2 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sual: Bu hədis səhihdir? Peyğəmbərimiz Muhəmməd (s. a. v.) qızı Fatiməni (r. a.) həzrəti Əliyə (r. a.) ərə verdiyi vaxt belə dedi: "Ey Əli, gəlini öz evinə apardığın vaxt onun corablarını çıxart, ayaqlarını yu. Sonra həmin suyu evin bütün künc-bucağına səpib səpələ. Əgər belə etsən, Allah Təala sənin evindən 70 növ kasıblığı uzaq edər. 70 cür bərəkəti sənin ocağına bəxş edər. Sənə 70 rəhmət nazil edər. Həmin gəlinlə gələn xeyir-bərəkət evin hər yerinə çatar. Gəlin özü dəlilik və digər xəstəliklərdən uzaq olar". Bu hədis düzgündür? Peyğəmbərimiz belə bir şey deyib?

Camaat tərəfindən hədis kimi qəbul olunan və evliliklə əlaqədar internet saytlarında gəzib dolaşan bu söz hədis deyil. Əksinə, uydurma və qondarma bir sözdür; heç bir əsli yoxdur.

Qondarma hədisləri ehtiva edən kitablarda bu rəvayətin isnadındakı ravi Abdullah ibn Vəhb haqqında belə deyilir:

"O, etibarlı insanlar barədə özündən hədis uyduran Dəccalın biridir", "Cərh məqsədi xaricində bu adamın adına kitablarda yer vermək belə, halal deyil". ((Bu barədə ətraflı məlumat üçün baxın: İbnul-Cövzi, Kitabul-Mövzuat, 3-cü cild, s. 62, hədis nömrəsi 1273; Zəhəbi, Mizanul-Etidal, 2-ci cild, s. 523, hədis nömrəsi 4678; Şövkani, Əl-Fəvaidul-Məcmua, s. 126, hədis nömrəsi, 26-353.))

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.