İslam dinində içki içməyin dəqiq bir cəzası var?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sual: İçki içməyin Quran və Sünnədə konkret bir cəzası var? Bəzi mənbələrdə qeyd olunur ki, Muhəmməd peyğəmbər və xəlifə Ömər içki içənlərə cəza kimi 40 şallaq və ya dəyənək vurdurublar. Bunlar düzdür?
Cəzalar İslam hüququnda qisas, hədd və təzir olmaqla 3 əsas qrupa ayrılır. Quran və mötəbər Sünnədə müəyyən edilən, qisas və diyənin (qanbahası) xaricində qalan cəzaları bildirən Fiqh (İslam hüququ) termininə hədd deyilir. Təzir isə hədd və qisas cəzalarından olmayan və ictihad vasitəsilə müəyyənləşdirilən cəzaları ifadə edir.
Qurana əsasən hədd cəzaları aşağıdakılardan ibarətdir:
1) Zina edənə 100 şallaq (qamçı, cəldə) vurmaq.
2) Namuslu (iffətli, həyalı) bir qadına zina etdiyinə dair böhtan atan şəxsə 80 şallaq vurmaq və əlavə olaraq, onun şahidliyini qəbul etməmək.
3) Oğrunun əlini kəsmək.
4) Silahlı qarət (soyğun, qəsb), yol kəsmək və quldurluq kimi cinayətləri edən şəxsləri öldürmək, onları asıb edam etmək, əl və ayaqlarının çarpaz formada kəsmək və ya sürgün etmək.
"Quran və Sünnədə içki içmək və sərxoş olmağın açıq-aydın formada qadağan olması ilə yanaşı, içki içən şəxsə həzrəti peyğəmbərin dövründə kəmiyyət və keyfiyyət baxımından bir-birindən fərqlənən cəzaların və əlavə cəzaların tətbiq olunması ((Buxari, Hüdud, 4; Əbu Davud, Hüdud, 35-36; Şövkani, 7-ci cild, s. 156-157.)) , xəlifə Əbu Bəkrin içki içənə 40, xəlifə Ömərin isə əshabələrlə apardığı məsləhətləşmələr nəticəsində 80 dəyənək vurdurması ((Əbu Davud, Hüdud, 37; Şövkani, 7-ci cild, s. 156-157.)) , bu cəzanın nə dərəcədə hədd cəzası hesab oluna biləcəyi ilə əlaqədar mübahisələrə də səbəb olmuşdur.
Hənəfi, Maliki və Hənbəli fəqihlərinin fikirlərinə əsasən içki içənə tətbiq olunan 80 dəyənək cəzasının hamısı hədd, Şafi, Zahiri və Zeydilərə əsasən isə ilk 40 dəyənək hədd, ikinci hissə isə təzir kateqoriyasına daxildir.
Hər iki tərəf də içki içənə 40 və yaxud 80 dəyənək cəza verilməsi məsələsində əshabələrin arasında həmfikirlik olduğunu irəli sürsə də, həzrəti peyğəmbər və raşidi xəlifələrin dövründə müxtəlif cəzaların verildiyini də nəzərə almaq lazımdır. Çünki bu vaxt belə bir nəticə alınır ki, peyğəmbərin tətbiq etdiyi cəzalar belə, təzir kateqoriyasına daxil edilə bilər." ((Ətraflı məlumat üçün baxın: Ali Bardakoğlu, Diyanet İslam Ansiklopedisi, "Had" bəndi (Türk dilində), İstanbul, 1996, 14-cü cild, s. 548.))
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır
-
Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Gündəmi zəbt edən “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - AÇIQLAMA
-
Meteohəssas insanlar üçün riskli gün
-
Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır
-
Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
“Onların nüvə silahı olmayacaq”
-
"Brent" markalı neft ucuzlaşdı
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





