Cəmiyyət

Namaz qılmaq insana neçə yaşında vacib olur?

6 Yanvar 2024 06:15
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sual: İnsan neçə yaşında namaza başlamalıdır? Xahiş edirəm bunu dəqiq bildirəsiniz. Bu barədə müxtəlif şeylər deyilir.

Namaz qılmaq həddi-büluğ çağına çatan və rüşdə yetən yəni, ağlı başında olan hər bir müsəlmana vacibdir; istər oğlan olsun, istərsə qız.

Həddi-büluğ dövrü oğlan uşaqlarının möhtəlim olduqları (kirlənmə, pollusiya), qız uşaqlarının da heyz olmağa (aybaşı, menstruasiya) başladıqları vaxtdır. Həddi-büluğ dövrünün başlanğıcı oğlanlar üçün 15, qızlar üçün 12 yaş götürülür. Bu yaşların axırıncı həddi hər ikisində də 15-17 yaş qəbul olunur. Yəni, bu o deməkdir ki, 15 yaşına daxil olan qız və oğlanlar həddi-büluğ dövrünə çatmış hesab olunurlar. Bu yaşdan sonra rüşdə yetib yetmədiyinə baxılır; əgər hər hansı bir əqli nöqsanlığı yoxdursa, namaz kimi Allahın qoyduğu digər qanunları da yerinə yetirmək məsuliyyətini daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.