Cəmiyyət

İcra başçısını təhqir edən şəxs həbs edildi - FOTO

15 Dekabr 2023 16:39
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə və saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində təhqiramiz ifadələr işlədən və müxtəlif iddialar irəli sürən Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə həbs edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məhkəmə icra başçısının X.Salmanzadə barəsindəki böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasındakı şikayətinə baxıb. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, xeyli vaxtdır X.Salmanzadə Ağdamın icra başçısı ilə bağlı müxtəlif iddia və məlumatlar paylaşır. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.